Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Şimali Osetiyanın Gizlər qəsəbəsində şəxsi evlərdən birində güclü partlayış baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qaz sızması nəticəsində yaranan partlayış güclü yanğına səbəb olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa zamanda söndürsələr də, bu, evin sakinlərinin xilasına bəs etməyib. Ana və 2 övladı faciəvi şəkildə həlak olub. Uşaqların birinin 2, digərinin 4 yaşı olduğu bildirilir.
Şimali Osetiyanın qubernatoru Sergey Menyaylo sosial şəbəkə hesabında status paylaşaraq faciədən kədərləndiyini və qəzanın baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.
L.Tağıyeva