Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər

05.11.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Rusiyada Yeni il şənlikləri üçün ən çox axtarılan ifaçıların adları açıqlanıb.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bunlar müğənnilər Filipp Kirkorov və Qriqori Lepsdir.

Bu barədə musiqi tənqidçisi Yevgeni Babiçev bildirib.

O "News.ru" saytına verdiyi müsahibəsində kifayət qədər büdcəsi olan şirkətlərin məclislər üçün məhs bu iki müğənniyə üstnlük verdiyini açıqlayıb.

"Onların istənilən effekti verəcəyinə və hər yaşdan olan işçilərin zövqüncə olan mahnılar ifa edəcəklərinə zəmanət verilir. Onlar ucuz ifaçılar deyillər, amma mahnıları hər kəs tərəfindən tanınır. O səbədən də onlar mahnıları ilə həm gənc, həm də yaşlı işçilərin zövqünü oxşaya bilirlər", - deyə Yevgeni bildirib.

Tənqidçinin fikrincə, populyarlıq baxımından növbəti yerlərdə Tatyana Bulanova və Polina Qaqarina, Sergey Lazarev dayanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью