Rusiyada yeni qadağa: Artıq bu da mümkün olmayacaq

31.01.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Maliyyə Nazirliyi vətəndaşların bank hesablarına ATM-lər (bankomatlar) vasitəsilə yatıra biləcəyi nağd pul məbləğinə aylıq limit gətirməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, "İnterfaks"ın verdiyi məlumata görə, hazırlanan layihədə bu məbləğin ayda maksimum 1 milyon rubl (təxminən 13 min dollar) ilə məhdudlaşdırılması nəzərdə tutulur. 

Nazirlik mənbələri bildirir ki, bu tənzimləmə Rusiyadakı iqtisadi fəaliyyətlərin "rəsmiləşdirilməsi" (qeydiyyata alınması) üçün hazırlanan fəaliyyət planı çərçivəsində hazırlanıb.

Qanun layihəsi rəy bildirilməsi üçün Mərkəzi Banka və "Rosfinmonitorinq"ə göndərilib. Mövcud qanunvericilikdə bankomatlar vasitəsilə hesablara və ya əmanətlərə edilən nağd ödənişlər üçün hər hansı yuxarı limit mövcud deyil.

Maliyyə Nazirliyi bu boşluğun mənbəyi məlum olmayan nağd pulların maliyyə sisteminə asanlıqla daxil edilməsinə şərait yaratdığını müdafiə edir. 

Hazırlanan əsaslandırmada qeyd olunur ki, məqsəd nağd investisiyalar vasitəsilə qeyri-leqal gəlirlərin bank sisteminə daxil olmasının qarşısını almaqdır. Yeni limitlə birlikdə şübhəli pul axınlarının daha asan aşkar edilməsi və nəzarətə götürülməsi hədəflənir.

Bu addım vergi gəlirlərini artırmağa yönəlmiş daha geniş siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Yanvar ayında Prezident Vladimir Putin hökumətə, Mərkəzi Banka və regional rəhbərliklərə 2026-cı ilə qədər iqtisadi artım tempinin yenidən yüksəldilməsi barədə tapşırıq vermişdi.

Eyni zamanda, bəzi sektorlarda iqtisadiyyatın "ağardılması" işlərinin sürətləndirilməsi və vergi yığımlarının əhəmiyyətli dərəcədə artırılması tələb olunmuşdu.

ATM limiti ilə bağlı plan bu hədəflər istiqamətində atılan addımlardan biri kimi görülür.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью