Rusiyada yol qəzasında 5 nəfər ölüb, 5 nəfər yaralanıb

05.06.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Udmurt Respublikasının Sarapul rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, qəza nəticəsində ikisi uşaq olmaqla, beş nəfər ölüb, beş nəfər yaralanıb.

Qəza Sarapul rayonunun Mazunino kəndi yaxınlığında baş verib.

“Kia Rio” və “Ford Focus” avtomobillərinin toqquşması faciə ilə nəticələnib.

“Təəssüf ki, qəzada ikisi uşaq olmaqla, beş nəfər ölüb. Biri uşaq olmaqla beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib”, - deyə açıqlamada bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью