Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada “YouTube”-a qadağa qoyulacaq.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsovun dediyinə gorə, “YouTube” Rusiyada növbəti altı aydan bir ilə qədər müddətdə tamamilə bloklanacaq.
"Bu, onun mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə bağlıdır. Bu platformadan istifadə edən hər kəs mümkün qədər tez oxşar platformalara – “Rutube”, “VK Video” və digərlərinə keçməlidir", - Svintsov deyib.
“AzPolitika.info”