Rusiyada yoxa çıxan təyyarə tapıldı Video

22.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 19-da Rusiyanın Kamçatka vilayətində yoxa çıxan An-2 təyyarəsi tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Kamçatka vilayətinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.

“Təyyarə tapılıb. Heyət üzvlərinin hamısı sağdır. Onlar Mi-8 helikopteri ilə Milkovoya qayıdırlar”, - Lebedev bildirib.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Kamçatka vilayətində Milkovo-Ossora marşrutu üzrə kommersiya uçuşu həyata keçirən An-2 təyyarəsi yarımadanın şimalında yoxa çıxmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью