Rusiyada yoxsulların sayı ARTDI

01.04.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Rusiyada yoxsulluq və borc yükünün artımı qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təhlilində bildirilib.

Qeyd olunub ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar uğurları üstələyir.

Təhlildə mənfi amillər sırasında əhalinin yoxsul təbəqəsinin daha da yoxsullaşması və borc yükünün artması əks olunub.

Vurğulanıb ki, aşağı gəlirli əhalinin istehlak səbətində (ilk növbədə ərzaq) inflyasiya əhəmiyyətli dərəcədə artıb.

"Müvafiq olaraq, yoxsul əhalinin faktiki rifah göstəricisi hələ bir il əvvəlki səviyyədən aşağıdır", - MTQPM-nin təhlilində bildirilib. /APA

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью