Rusiyada yüngül atletika ilə məşğul olan yeniyetmə idmançı faciəli şəkildə ölüb

15.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın Kabardin-Balkar Respublikasının Proxladnenski rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, idman məktəbində müəllimin nəzarətindən kənarda qalan, 2008-ci il təvəllüdlü azyaşlı nizə ilə ehtiyatsız davranıb və nəticədə idman aləti 2011-ci il təvəllüdlü digər idmançının baş nahiyəsinə dəyib.

Ağır xəsarət alan 14 yaşlı qız dərhal tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью