Rusiyada zəlzələ oldu

17.03.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Kuril adaları sahillərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın sözlərinə görə, regionda baş verən təkanlar səbəbindən sunami xəbərdarlığı verilməyib. "Zəlzələnin episentri Sakit okeanda, Şikotan adasındakı Malokurilskoye kəndindən 141 kilometr şərqdə, 45 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir. Seysmoloq əlavə edib ki, heç kim yeraltı təkanları hiss etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью