Rusiyada zəlzələ olub

04.02.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Rusiya regionunda seysmik hadisə çərşənbə axşamı, fevralın 4-də yerli vaxtla saat 06:06-da (Bakı vaxtı ilə saat 00:06-da) qeydə alınıb.

Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.

Zəlzələnin episentri 19 kilometr dərinlikdə yerləşib. Bölgə üçün sunami təhlükəsi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью