Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada qanunsuz yaşayan əcnəbilərin vətəndaşlıq və miqrasiya statuslarını leqallaşdırmaları üçün verilən möhlət sentyabrın 10-da başa çatacaq.
Vladimir Putin 2024-cü ilin dekabrında imzaladığı fərmanla miqrantlara hüquqi vəziyyətlərini 30 aprelədək tənzimləməyi tapşırmışdı.
Lakin apreldə imzalanan yeni fərmanla bu müddət 10 sentyabr 2025-ə qədər uzadılıb.
Möhlət xüsusilə Rusiyada “nəzarət olunan şəxslər reyestri”nə daxil edilən, yəni qanunsuz yaşayan və sənədləri qaydasında olmayan şəxslərə aiddir.
Onlar bu tarixədək statuslarını leqallaşdırmalı və ya ölkəni tərk etməlidirlər.
Leqallaşdırma üçün biometrik qeydiyyatdan keçmək, tibbi müayinədən keçmək, dil və qanunvericilik imtahanı vermək, borcları ödəmək və lazımi sənədləri təqdim etmək tələb olunur.
Modern.az-ın məlumatına görə, Rusiya mətbuatı qanunsuz miqrantların daha çox Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Azərbaycandan olduqlarını bildirirlər.