News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 5-dən, yəni sabahdan Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iki yeni qanunun icrası başlanır.
Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır.
İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib.
Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır.
Miqrant ailələrinin uşaqlarını da çətinliklər gözləyir.Qeyd edək ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy rəsmi rəqəmlər barədə danışarkən məlumat verib ki, Rusiyada qeyri-qanuni 670 min miqrant var.“Onların yarıdan çoxu qadınlar və uşaqlardır.
Bu insanların hüquqi statuslarını müəyyən etmək üçün 30 aprelə qədər vaxtı var.
Bu tarixdən sonra sistemlərimiz qanunu pozanları avtomatik olaraq nəzarət edilənlərin reyestrinə daxil edəcək.