Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib

26.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Prayor Rusiyaya daxil olarkən yalan məlumatlar göstərdiyinə görə akkreditasiyadan məhrum edilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Qeyd olunub ki, onun işində kəşfiyyat fəaliyyətinin əlamətləri aşkar edilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью