Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib

26.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Prayor Rusiyaya daxil olarkən yalan məlumatlar göstərdiyinə görə akkreditasiyadan məhrum edilib.

Ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Qeyd olunub ki, onun işində kəşfiyyat fəaliyyətinin əlamətləri aşkar edilib.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniyanın Moskvadakı səfiri Naycel Keysinin XİN-ə çağırıldığını bildirib.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью