Rusiyadakı Volqa çayı Xəzəri “qurudur” | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi region dövlətləri arasında ciddi narahatlıq yaradan məsələlər sırasında yer alır.
Prezident İlham Əliyev də son çıxışlarında, o cümlədən “Kazinform” agentliyinə verdiyi açıqlamada Xəzər dənizinin səviyyəsinin azalması problemini strateji əhəmiyyət kəsb edən məsələ kimi dəyərləndirib.
Qeyd edək ki, Xəzərdə suyun azalmasının bir çox səbəbləri var.
Bunlar arasında iqlim dəyişikliyi ən vacib rol oynasa da, Rusiya ərazisindəki Volqa çayının da rolu çox vacibdir.
Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə bildirib ki, Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir.
Onun sözlərinə görə, son illər ərzində dənizin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, yalnız ölkəmizin problemi deyil.
Beş Xəzəryanı ölkə bu problemi həll edərək Xəzəri qoruya bilər.
Tam oxu
Xəbəri oxu