Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Almaniya hökuməti Rusiyanın “Birinci Kanal”ının Berlin ofisini bağlamaq qərarı verib.
Rusiya isə cavab olaraq Almaniyanın ARD media qrupunun iki jurnalistini ölkədən çıxarır.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Almaniya hakimiyyətinin “Birinci Kanal” müxbirlərinə ölkədə işləmək qadağası tətbiq etməsinə cavab olaraq, ARD media qrupunun Moskva bürosunun jurnalistlərinə qarşı eyni cavab tədbirləri görməyə məcburuq.
Cavab tədbirində onlara akkreditasiya vəsiqələrini təhvil vermək və Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub” - deyə o qeyd edib.
M. Zaxarova əlavə edib ki, Almaniya rusiyalı jurnalistlərin işləməsi üçün şərait yaratdıqdan və “Birinci Kanal”ın Almaniya bürosu Berlində i
Qeyd edək ki, “Birinci Kanal”ın Berlin ofisindəki reportyoru və operatoru bu ilin dekabrın ortalarına kimi Almaniyanı tərk etməlidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.