Icma.az, Axar.az portalına istinadən məlumat verir.
NATO Rumıniya üzərində Rusiya PUA-sını vuraraq müttəfiqlərin ərazisini müdafiə etməyə hazır olduğunu nümayiş etdirib.
Axar.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna X səhifəsində yazıb.
O bildirib ki, Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi müddətdə alyans üçün təhlükə də qalacaq:
"Gecə baş verən hadisə NATO-nun təhdidlərə effektiv şəkildə cavab vermək qabiliyyətini bir daha təsdiqlədi".