Rusiyadan Astanaya uçan təyyarədə fövqəladə VƏZİYYƏT YARANDI

15.01.2025

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın “Red Wings” aviaşirkətinin Qazaxıstana uçan təyyarəsi qəfil istiqamətini dəyişərək başqa yerə enib.

Manset.az xəbər verir ki, bu barədə “Aviaincident” teleqram kanalı məlumat yayıb.

Belə ki, bu gün Yekaterinburqdan Astanaya gedən sərnişin təyyarəsində fövqəladə vəziyyət yaranıb. Ekipaj təyyarənin səmada hidravlik sistemində problem olduğunu bildirib.

Qeyd olunur ki, pilotlar uçuş hava limanına qayıtmaq qərarına gəliblər. Nəticədə təyyarə Koltsovo hava limanına təhlükəsiz eniş edib, xəsarət alan olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью