Rusiyadan atəşkəs açıqlaması: Bu halda qüvvədə olacaq!

19.04.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hərbi əməliyyatların dayandırılması Ukraynanın qarşılıqlı riayət etməsi şərti ilə Rusiya tərəfi üçün qüvvədə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Atəşkəs humanitar məqsədlər üçün tətbiq edilir və Kiyev rejimi tərəfindən qarşılıqlı şəkildə riayət olunmaq şərti ilə Rusiyanın birləşmiş qoşun qrupu tərəfindən riayət olunacaq”, - hərbi idarənin bəyanatında bildirilib.

Qeyd edək ki, Rusiya Pasxa bayramı ilə əlaqədar Ukraynada bütün hərbi əməliyyatları dayandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью