Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

06.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin bildirib.

"Biz çox şadıq ki, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoyan, bizim üçün ortaq faciəyə çevrilən 2024-cü ilin dekabrındakı aviasiya qəzası ilə bağlı səhifəni birlikdə çevirmək mümkün oldu", - deyə o qeyd edib.

Kaluginin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında etibarlı dialoq olmadan mümkün olmazdı.

O, həmçinin bildirib ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İrandan keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı üzrə işlər davam etdiriləcək.

"Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən xeyli kənara çıxır", - deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью