Rusiyadan Azərbaycan Türkiyə ittifaqına qarşı KONKRET

28.01.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiyaya bağlı “Tsarqrad” media resursunun Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası tənqid olunub. Saytın Türkiyənin guya Ermənistan cəmiyyətinin həssas təbəqələrinə, o cümlədən müharibədə həlak olmuş erməni hərbçilərinin ailələrinə 10 milyon dollar ayıracağı barədə yaydığı məlumatın tamamilə uydurma olduğu vurğulanıb.

KONKRET.az xəbər verir ki, bu iddia siyasi və məntiqi baxımdan absurddur, çünki Türkiyə Azərbaycanla müttəfiqdir və Ermənistan ordusunun məhz Azərbaycana qarşı döyüşdüyü hamıya məlumdur.

Yazıda Kremlin ideoloji çevrələrinə yaxın fiqurların, xüsusilə Konstantin Malofeyev və Aleksandr Duqinin təsiri altında olan “Tsarqrad”ın Cənubi Qafqazda Rusiyanın zəifləyən mövqelərini ört-basdır etmək üçün saxta narrativlər yaratdığı bildirilir. Türkiyə–Ermənistan yaxınlaşmasının Rusiyanı regiondan “sıxışdırdığı” iddiası isə müəllifə görə Moskvanın öz səhvlərini etiraf etmək istəməməsindən irəli gəlir.

Məqalənin yekununda vurğulanır ki, bu tip materiallar Azərbaycan və onun Türkiyə ilə müttəfiqlik əlaqələrinə qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Azərbaycan cəmiyyəti bu cür təxribatlara uymur, “Tsarqrad” kimi resursların ölkədə bloklanması isə informasiya təhlükəsizliyi baxımından tam əsaslı addım kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью