Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın ərzaq bazarında qida təhlükəsizliyinin təmin olunması ölkə rəhbərliyinin birbaşa diqqətində olan məsələlərdən biridir.
Bu sahədə dövlətin iradəsinə qarşı olan prosesləri görən hər kəs onların önlənməsi üçün əlindən gələni etməyə borcludur.
Sitat.info xəbər verir ki, Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu prinsipi əsas götürməklə həm ölkə ictimaiyyətinin, həm də əlaqədar dövlət qurumlarının diqqətini son aylarda müşahidə olunan təhlükəli bir prosesə cəlb etmək niyyətində olduğunu açıqlayıb.
Assosiasiya bəyan edir ki, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur: “Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil.
Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir.
Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 min 833,2 ton ev toyuğu əti idxal olunub.
Sosial şəbəkələrdə yayılan rolikdən aydın olur ki, Rusiyadan gətirilən toyuq əti əsasən ana toyuqların ətidir.