Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif

22.07.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fiqurlu konkisürən Veronika Jilina karyerasını Rusiyada davam etdirmək qərarına gələrsə, ona dəstək göstəriləcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan bildirib.

“O, bizim idmançımızdır və Rusiya vətəndaşı kimi yarışlarımızda iştirak edə bilər. Heç kim ona mane olmayacaq. Biz həmişə idmançıların tərəfindəyik, hər zaman onları dəstəkləyirik”, - Koqan deyib.

Qeyd edək ki, daha öncə 17 yaşlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb və gələcəkdə Azərbaycanı təmsil etmək istədiyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью