Rusiyadan Bakıya gələn təyyarədə sərnişin öldü

23.05.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı hava limanında təyyarə enişi zamanı sərnişin vəfat edib.

Gununsesi.info xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı, onkoloji xəstəlikdən əziyyət çəkən Rəhmanova Esmira Məlik qızı Surqut–Bakı aviareysi ilə uçuş zamanı vəfat edib.

Hadisə təyyarə Bakı şəhərinə eniş edərkən baş verib. Məlumata görə, Rəhmanova Esmira Məlik qızının səhhətində mövcud olan ağır xəstəlik ölümə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью