Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir. Kreml Azərbycana qarşı pisliklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur.
Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırır?
Rusiyanın müxtəlif şəhərlərində diaspor nümayəndələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proznozlaşdırmaq olar.
Bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər.
Narahat olmalıyıqmı? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ də Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi.
Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur.
Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq: Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik.