Rusiyadan Bəşər Əsədi sevindirən açıqlama

05.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Moskva Suriyada baş verənləri diqqətlə izləyir və Dəməşqlə daimi dialoq aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Suriyaya lazım olan dəstəyin çatdırılacağını bildirib:

“Dəməşqdəki dostlarımızla danışırıq, daimi dialoqdayıq. Vəziyyəti çox diqqətlə izləyirik. Qiymətləndirmə aparıb nəticəsindən asılı olaraq silahlıların öhdəsindən gəlmək və təhlükəni aradan qaldırmaq üçün Suriya hakimiyyətinə nə qədər yardım lazım olduğunu müzakirə edəcəyik”.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью