Rusiyadan boşanmaq niyyətimiz yoxdur

12.05.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvan Rusiyadan “boşanmaq” niyyətində deyil, ölkələr arasındakı fikir ayrılıqlarını dramatikləşdirməyək.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Bizim Rusiyadan “boşanmaq” məqsədimiz yoxdur, biz uşaqları bölmürük", - o bildirib.

Simonyan Rusiya nümayəndələrinin Moskvanın Ermənistandakı rolu ilə bağlı bəyanatlarını da şərh edib:

"Əgər onların bizə ehtiyacı yoxdursa, niyə bu qədər qarışırlar? Moskva ilə İrəvan arasında mövcud mübahisələr siyasi prosesin tərkib hissəsidir. Bu siyasətdir: onlar öz nöqteyi-nəzərini bildirəcəklər, biz də öz fikrimizi bildirəcəyik, sonra oturub müzakirə edəcəyik, onlar bir şey təklif edəcəklər, biz başqa bir şey".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью