Rusiyadan Böyük Britaniyaya nota

18.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Yeni Sabah” xəbər verir ki, diplomatik görüş zamanı Londonun Kiyevə PUA və digər müasir silah təchizatını artırmasına görə qarşı tərəfə sərt protest təqdim edilib.

Rusiya XİN-dən bildirilib ki, Böyük Britaniyanın Ukraynadakı istənilən hərbi obyekti Rusiya torpaqlarına hücum üçün istifadə edildiyi təqdirdə, ordunun qanuni hədəfinə çevriləcək. Dominos pizza

Kreml tərəfi vurğulayıb ki, eskalasiyanın dərinləşməsi və proseslərin arzuolunmaz istiqamətdə inkişaf etməsinə görə bütün məsuliyyət birbaşa Böyük Britaniya rəhbərliyinin üzərinə düşür.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью