Rusiyadan Britaniya rəsmilərinə qarşı sanksiya

26.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Moskva Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına, o cümlədən baş nazirin müavini, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Maliyyə nazirliklərinin rəhbərlərinə qarşı sanksiya tətbiq edib”, - bəyanatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью