Rusiyadan Britaniya rəsmilərinə sanksiya

26.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bundan sonra Rusiya Federasiyasındakı Britaniya diplomatları üçün bu ölkənin səfirliyinin əməkdaşları tərəfindən blankların doldurulmasına dair tələblər sərtləşdiriləcək.

“Moskva Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına, o cümlədən Baş nazirin müavini, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Maliyyə nazirliklərinin rəhbərlərinə qarşı sanksiya tətbiq edib”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Britaniya səfirinə etiraz Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью