Rusiyadan Çinə qaz ixracı başladı: 450 milyon əhalini təmin edəcək

03.12.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Rusiya təbii qazının Şərqi Sibirdən Çinin şimal və şərq bölgələrinə nəqli üçün tikilən boru kəməri işə salınıb. 
Sitat.info xəbər verir ki, Çinin şimal-şərqindəki Heylongciang əyalətinin Heykhi şəhərindən başlayan və ölkənin ən böyük şəhəri Şanxaya qədər uzanan boru kəməri ilə qaz vurulmağa başlanıb.

“Şərq Marşrutu” adlanan 5111 kilometrlik boru kəməri dövlət səviyyəsində 9 regionun təxminən 450 milyon əhalisini hər il 38 milyard kubmetr təbii qazla təmin edəcək.

Nərgiz,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью