Rusiyadan çıxarılan miqrantların sayı AÇIQLANDI

08.01.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

2024-cü ildə 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Məhkəmə İcraçıları Federal Xidmətindən bildirilib.

Qeyd olunub ki, ötən il 80 mindən çox xarici vətəndaş miqrasiya qaydalarını pozduğuna görə Rusiya Federasiyası ərazisindən deportasiya olunub.
Xatırladaq ki, Rusiyada miqrantlarla bağlı qanunlar sərtləşdirlib. Bu ilin yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaşların il ərzində ölkə ərazisində qalma müddəti 180 gündən 90 günə endirlib. Yeni qanunvericiliyə görə, polisə xüsusi icazə olmadan miqrantın yaşadığı evə daxil olmaq səlahiyyəti verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью