Rusiyadan da eyni addımı gözləyirik Zelenski

05.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ukrayna bu gün, sabah və bazar ertəsi günü də daxil olmaqla, Moskvaya hücum etməmək öhdəliyini üzərinə götürməyə hazırdır və Rusiyadan da eyni münasibəti gözləyir".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

O, Moskvada səfərdə olan ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını və Ukraynanın danışıqlar prosesinə daxil edilən şəhərlərə hücum etməməyə hazır olduğunu bildirib.

“Kiyevdə sabah ABŞ nümayəndə heyətinin iştirakı ilə keçiriləcək diplomatik görüşlər planı təsdiqlənib. Biz Stiv Uitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu bir söhbətə hazırıq”,- Zelenski qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью