Rusiyadan daha bir müharibə anonsu

29.01.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO faktiki olaraq Rusiya ilə münaqişəyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa İşləri Departamentinin direktoru Vladislav Maslennikov “TASS”a bildirib.

“Ukrayna münaqişəsi bitsə belə, Rusiya Şimali Atlantika Alyansının bütün doktrinal sənədlərində “əhəmiyyətli və birbaşa təhlükəsizlik təhdidi” olaraq qalacaq. Bunun əsasında NATO hərbi xərcləri, sərhədlərimiz boyunca imkanlarını artırır, Şərqi Avropada yeni missiyalar yerləşdirir”, – deyə diplomat qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin oxşar fikirlər səsləndirmişdi.

Venesuela Prezidenti Nikolas Maduronun devrilməsindən sonra Qərb güc hakimiyyəti qurmağa çalışır. Mövcud siyasət genişmiqyaslı müharibəni tətikləyə bilər. Bu cür istəklər beynəlxalq vəziyyəti daha da pisləşdirmək, xaosa, hətta yeni və genişmiqyaslı hərbi münaqişələrə səbəb olmaq təhlükəsi yaradır”, – deyə o bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью