Rusiyadan dəhşətli mənzərə: Qatar Qırmızı kitab a daxil edilən ceyran sürüsünü biçdi

05.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Baykal diyarında qorxunc hadisə baş verib - qatar "Qırmızı Kitab"a daxil edilmiş nadir monqol ceyranlarının sürüsünü əzib.

Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı dəhşətli görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Videoda lokomotivin fiti aydın eşidilir, lakin maşinistin heyvanlarla toqquşmanın qarşısını almaq üçün əyləc tətbiq edib-etmədiyi hələ də aydın deyil.

Rusiya Dəmir Yollarının regional idarəsi artıq hadisə ilə bağlı xidməti araşdırmaya başladığını bildirib.

Rusiyadan dəhşətli mənzərə: Qatar "Qırmızı kitab"a daxil edilən ceyran sürüsünü "biçdi"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью