Rusiyadan dizel idxalı amerikalılar üçün faydalıdır Nazir

12.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiya dizel yanacağının idxalı ilə bağlı razılaşmalar amerikalılar üçün faydalıdır. Bu, dizel yanacağının qiymətlərini aşağı salacaq.

Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Maliyyə Naziri Skott Bessent deyib.

O, bildirib ki, bu razılaşma Amerika xalqı üçün yaxşıdır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp oktyabrın 9-da telefon danışığı aparıblar və xüsusilə neft məhsullarının tədarükü ilə bağlı müzakirələr aparıblar. Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-yə və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bir daha təsdiqləyir. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью