Rusiyadan Dubaya uçan təyyarədə problem yaranıb

23.02.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Mineralnıye Vodı şəhərlərindən Dubaya uçan sərnişin təyyarəsi uçuş hava limanına qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.

“Uçuşların təhlükəsizliyini təmin etmək üçün A46087 Mineralnıye Vodı - Dubay reysinin komandiri 23 fevral 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib”, - məlumatda deyilir.

Bildirilib ki, sərnişinlər aviaşirkətin ehtiyat reysi ilə təyinat yerinə çatdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью