Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19.09.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lideri "Rusiyaya qarşı sanksiyaların, rüsumların və qadağaların tətbiqini və genişləndirilməsini nəzərdə tutan, habelə İrana qarşı qüvvədə olan sanksiyaların müddətini uzadan" qanun layihəsini imzalayıb.

Layihə mərhum senator Lindsi Qremin iştirakı ilə hazırlanıb. Sənəd, xüsusilə, Rusiyanın enerji resurslarını satın alan ölkələrdən gətirilən mallara 100%-dək rüsumların tətbiq edilməsinə imkan verir, həmçinin Rusiyanın energetika sektoruna, maliyyə təşkilatlarına, hərbi rəhbərliyinə və "kölgə donanması"na qarşı sanksiyaları nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью