Rusiyadan Ermənistana qaz HƏDƏSİ: Heç vaxt başqa alternativiniz olmayacaq!

31.05.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Biz bazarın vəziyyətindən çox yaxşı xəbərdarıq. Orada heç vaxt Rusiyadan başqa qaz olmayacaq. Yeganə sual Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçidən ödəyəcəyidir. Buna görə də Ermənistandakı vəziyyət çox çətin olacaq. Biz bunu istəmirik", deyə Overçuk vurğulayıb.

Qeyd edək ki, Moskva İrəvana respublika Aİ-yə üzvlük prosesini davam etdirərsə, Rusiyanın qaz, neft və yanacaqla bağlı müqavilələri dayandıracağı və ya ləğv edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью