Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyadan Ermənistana təbii qaz tədarükü bu gün bərpa olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.
"Sentyabrın 25-dən Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü bərpa edilib. Qazın nəqli Rusiya ərazisində qeyd olunan qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti olaraq dayandırılmışdı", - məlumatda bildirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin