Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

15.09.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.

"16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində "Şimali Qafqaz- Zaqafqaziya" magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью