Rusiyadan Ermənistana qaz tədarükü vaxtından əvvəl bərpa edilib

25.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Ermənistana qaz tədarükü bu gün bərpa edilib.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, təmir işləri planlaşdırılmış vaxtdan tez başa çatıb.

Qaz təchizatı Stavropol diyarında "Şimali Qafqaz – Zaqafqaziya" magistral qaz kəmərində təmir işləri ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti dayandırılmışdı.

Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan daxil olan əlavə yanacaq həcmləri hesabına qazla fasiləsiz olaraq təchiz edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью