Rusiyadan Ermənistana taxıl göndəriləcək: Azərbaycandan keçəcək

04.02.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.

Globalinfo.az xəbər verir ki, bu gün 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

Qeyd edək ki, Rusiyadan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb.

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon ötən gün Ermənistan Respublikasına çatıb. Buna qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью