Rusiyadan Ermənistana təbii qazın verilişi bərpa edildi

26.07.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanda qəza-bərpa işlərinin görülməsindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan"ın Mətbuat Xidməti məlumat yayıb.

Qazın verilişinin iyulun 26-da bərpa edildiyi vurğulanıb.

Xatırladaq ki, iyulun 24-də Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью