Rusiyadan Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA: “Vacib hesab edirik” KONKRET

03.04.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Rusiya Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmasını vacib hesab edir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O bildirib ki, Rusiya digər dövlətlərin, xüsusən də Ermənistanın ŞƏT-in işinə cəlb olunmasını vacib sayır.

Onun sözlərinə görə, Moskva Pekinlə qarşılıqlı əlaqə qurur.

“Biz Çinin sədrliyini dəstəkləyirik və onun prioritetlərinin həyata keçirilməsinə kömək edirik. Və təbii ki, biz digər dövlətlərin, xüsusən də Ermənistanın ŞƏT-in işinə cəlb olunmasını vacib sayırıq. Bu gün ŞƏT sırf regional təşkilatdan xeyli genişdir və böyük Avrasiya məkanında yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasında əsas rol oynayır. Bu baxımdan, ŞƏT ilə regional təşkilatlar, xüsusilə KTMT arasında qarşılıqlı fəaliyyət vacib hesab olunur”, – Kopırkin vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью