Rusiyadan ət qadağası

17.01.2025

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada bütün Avropa İttifaqı ərazisindən Rusiya Fedarasiyasına heyvandarlıq məhsullarının idxalı qadağan edilir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Məlumata görə, qadağa yanvarın 20-də qüvvəyə minir.

Bu qərar Almaniyanın heyvandarlıq sektorunda dabaq xəstəliyinə kütləvi yoluxma hallarının qeyd alınması ilə əlaqədardır. “Rosselxoznadzor” bildirib ki, qadağa dabaq xəstəliyinə həssas olan bütün heyvanlara və dövlət baytarlıq nəzarətində olan bütün məhsullara şamil olunacaq.

Qeyd edək ki, Belçika, İrlandiya, Niderland və Polşa da Almaniyadan heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью