Rusiyadan gələnlər 7 il həbs oluna bilər

02.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan hakimiyyəti Rusiyadan mümkün seçki müdaxiləsi ilə bağlı sərt mesaj verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan açıqlama verib.

O bildirib ki, seçicilərin ələ alınması məqsədilə Rusiyadan Ermənistana gələn şəxslər artıq saxlanılır.

“Seçki saxtakarlığı və ya seçicilərin satın alınması ilə əlaqədar Rusiyadan gələn şəxslər artıq saxlanılır və yaxın 7 ili həbsxanada keçirəcəklər”, – Rubinyan deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью