Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Valideynləri azərbaycanlı olub Rusiyada yaşayan vətəndaşlar Azərbaycana qayıdanda problemlərlə üzləşirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqlər komitəsinin bu gün keçirilən iclasında deputat Rasim Musabəyov deyib.
O bildirib ki, bu çətinliklər aradan qaldırılmalıdır: "O insanların valideynləri Azərbaycanda doğulublarsa, və yaşamağa yerləri varsa, o insanlara daimi yaşamaq hüquqi vermək niyə çətin olmalıdır?
Rusiyadan gələn insanların bir çoxları böyük maliyyə imkanlarına sahibdilər.
O insanlara məqbul şərait yaradıldığı halda o sərməyalərdən düzgün istifadə etmək olar.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında elə şərait yaradaq ki, onlar öz pulların Rusiyadan çıxarıb vətəndə istifadə etsinlər”, - deyə deputat bildirib.
Anar Kəlbiyev Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.