Rusiyadan göndərilən məbləğin 3 faizi tutula bilər Yeni təklif

22.06.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiyada “Ədalətli Rusiya” partiyasından olan deputatlar Dövlət Dumasına miqrantlardan hər beynəlxalq bank köçürməsi üçün 3% komissiya tutulmasını təklif edən qanun layihəsi təqdim ediblər.

Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, partiya lideri Sergey Mironov miqrantlara münasibətdə belə xeyriyyəçi əmələ son qoymaq zamanının yetişdiyini deyib.

Mironov bildirib ki, statistikaya görə, sərhəddən keçən pul köçürmələrinin əksəriyyəti miqrantlar tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, 2025-ci ildə Qırğızıstana rekord həddə 3,2 milyard, Özbəkistana isə həmin dövrə qədər 15 milyard dollara qədər vəsait köçürülüb. Bu əsasda da o qeyd edib ki, sərhəddən keçən köçürmə məbləğinin 3%-i tutulmalıdır.

Mironov hətta hesablayıb ki, belə bir qanunun qəbulu büdcəyə hər il əlavə 45 milyard rubl gətirəcək.

Rüfət Sultan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью