Rusiyadan Googlea 38 min dollar cərimə

19.11.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Google Rusiyada bəzi məzmunlara girişi bloklamadığına görə cəzalandırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “sozcu.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, cəza işinə Moskva məhkəməsində baxılıb.
Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Google-u 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər də ölkədə oxşar səbəblərdən Apple, TikTok və Telegram kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью